26-cı Beynəlxalq “Translogistica Kazakhstan-2023” Sərgisində və 6-cı Beynəlxalq Qazaxıstan Nəqliyyat və Logistika İş Forumunda iştirak etmək üçün getdiyi Astanada “TRT Haber”in suallarını cavablandıran Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu maraqlı açıqlamalar səsləndirib.
Hafta.az-ın yazdığına görə, nazir deyib ki, onlar bir çox ikitərəfli görüşlər zamanı Qazaxıstandan Xəzər dənizi vasitəsilə Azərbaycan və Gürcüstandan keçməklə, Türkiyəyə gələn Mərkəzi Dəhlizin ən mühüm marşrutu olduğu olduğunu bird aha vurğulayıblar. Özü də bu marşrut Gürcüstan üzərindən Qara dənizə də enə bilər, ancaq dəmir yolu nəqliyyatı ilə buradan bütün Avropaya, daha sonra Egey və Aralıq dənizinə, Qara dənizə çatmaq mümkündür.
“Bu, bizim hamımız üçün qiymətli vaxtdır. Eyni zamanda, biz bu marşrut üzrə həm gömrük, həm də tranzit prosedurlarının azaldılması və sürətləndirilməsi ilə bağlı ümumi qiymətləndirmə apardıq. Gördük ki, hamı bununla razılaşır. Məsələn, biz Mərkəzi dəhlizdən danışarkən gördük ki, orada çıxış edənlər tez-tez şimal-cənub dəhlizlərini gündəmə gətirirlər. Biz də bunu izləyirik. Hesab edirik ki, bu məqsədlə ölkəmizdə görülməli işlər var” deyən Uraloğlu bildirib ki, ölkələr arasında nəqliyyat vasitələrinin keçidlərinin sayı qarşılıqlı protokollar və razılaşmalarla müəyyən edilir.
“Tutaq ki, 2023-cü ildə Qazaxıstandan 5 min tranzit icazəsi almışıq və il boyu istifadə edirik. Digər ölkələrlə də həmçinin. Düşünürük ki, bu, artıq sənədə bağlanmamalıdır. Bunun rəqəmsal şəkildə edilə biləcəyini nümayiş etdirdik. Biz ilk növbədə Özbəkistanla bu mənada müqavilə bağladıq və bunu pilot sahə kimi həyata keçirdik. İndi eyni şeyi Azərbaycanla da müzakirə edirik. Təbii ki, mən bunu dedikdən sonra görüşdən sonra demək olar ki, hamı dedi ki, biz də buradayıq. Ona görə də dedik ki, “hey, gəl”. Bunu özümüz hazırladığımız proqramla edə bilərik. Bunu sizinlə çox asanlıqla paylaşa biləcəyimizi düşündük. Ona görə də istər Türkiyə olsun, istərsə də başqa ölkə vətəndaşları, bu dəhlizlərdə daşımaları həyata keçirəcək şəxslərin işini həqiqətən asanlaşdıracağıq. Həqiqətən işləyən rəqəmsallaşmanın ən sadə nümunəsidir deyə bilərik”, - nazir deyib.

Uraloğlu deyib ki, mövcud marşrut Bakıdan başlayıb Xan şəhərinə qədər uzanır. Daha sonra bir türk şirkəti tərəfindən Ermənistan sərhədinə qədər aparılan araşdırma var. O əlavə edib ki, Zəngəzur dəhlizi təxminən 43 kilometr olsa da, əslində Naxçıvanda 110 kilometrə yaxın hazır xətt mövcuddur və çox qısa yeni xətt çəkilməlidir. “Sonra bizim tərəfdə Dilucudan İğdıra və Qarsa uzanacaq 224 kilometrlik bir xətt var. İş burada davam edir. Tezliklə tikinti işləri Türkiyə ilə Naxçıvan arasında başlayacaq. Yəqin ki, bu ay ərzində tenderi təqdim etməklə öz tərəfimizdən işə başlayacağıq. Burada mühüm məsələ odur ki, Zəngəzur dəhlizi Ermənistandan keçir. Həqiqətən coğrafiyaya baxanda dəhliz hansı torpaqlardan keçsə, qazanclı olacaq. Düşünürəm ki, Ermənistan bunu dəyərləndirəcək və layihəni siyasi yanaşmalardan ayrı qiymətləndirəcək. Amma olmasa, alternativ var - prezidentimiz elan etdi ki, biz İran sərhəddini keçməli olacağıq” deyib nazir.
İraqın Fars körfəzində Birləşmiş Ərəb Əmirliklərinin inşa etdiyi Fav Limanından söz açan nazir Uraloğlu deyib ki, həmin limanın birinci mərhələsi 2025-ci ildə istifadəyə veriləcək. Favdan başlayan dəmir yolu və avtomobil yolu bu marşrutla Bağdaddan keçərək Ovaköy sərhədindən, Habur qapısının düz yanından keçərək Türkiyəyə daxil olacaq. Yəni söhbət 1200 kilometrlik dəmir yolu və avtomobil yolu layihəsindən gedir.
“Təbii ki, biz İraqa gedəndə həm nəqliyyat naziri, həm də baş nazir Sudani ilə görüşdük. Orada hamı bu yolu tikmək nöqtəsindədir. Çünki İraqda çox fərqli güclər və çox fərqli düşüncələr var. Gördük ki, hamı bu yolun çəkilişində razıdır və bu bizi sevindirdi. Hətta işin sürətlə aparılmasını təmin edərək, mənimlə gedən nümayəndə heyətinin bir qismini orda qoyduq. Ertəsi gün İstanbulda Birləşmiş Ərəb Əmirliklərinin inkişaf naziri ilə görüşümüz oldu. Artıq Qətər də bu işdədir. Ümid edirəm ki, biz burada 4 ölkənin əməkdaşlığı ilə bu layihəni həyata keçirəcəyik” deyən cənab Uraloğlu bildirib ki, İnkişaf Yolu layihəsini tamamlamaq üçün Türkiyə də Ovaköyü Nusaybinə birləşdirəcək 130 kilometrlik dəmir yolu xətti çəkəcək. Bütün bu sonrakı xətlər Türkiyənin müxtəlif yerlərində bir-biri ilə birləşdiriləcək. Avropaya həm limanlar, həm də dəmir yolu ilə davam edəcək. Onun sözlərinə görə, hazırda dəmir yolu Marmaray tunelindən keçir və mütəmadi şəkildə sərnişin daşımalarını həyata keçirilir. “Biz boğazın altındakı bu tuneldən məhdud sayda yük qatarını da keçə bilərik” deyib nazir.